Menu

Rüfət Səfərov üçün yemək və paltar qəbul olunmayıb

19.01.2016, 14:34
Rüfət Səfərov üçün yemək və paltar qəbul olunmayıb

Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi, tanınmış YAP-çı Eldar Sabiroğlunun Kürdəxanı təcridxanasında saxlanan oğlu Rüfət Səfərova aparılmış yemək və paltar qəbul olunmayıb. Bu barədə E.Sabiroğlu məlumat verib.

"Bu gün təcridxanaya Rüfət Səfərov üçün alt və üst paltarları, yemək aparılsa da, qəbul edilməyib. Yeməyi başa düşdük. Bəs pal-paltar, bu ki, qanunvericiliyə, təcridxananın daxılı qaydalarına zidd deyil. Görünür, həbsxanada da sifarış öz təsirli rolunu öynayır. Əks təqdirdə ona göndərilmiş pal-paltar geri qaytarılmazdı. Mən təcridxana rəhbərliyindən xahiş edirəm ki, bu məsələyə öz diqqətini yönəltsin və oğlumla əlaqədar yaranmış bu problemin aradan qaldırılmasına öz köməkliyini göstərsin".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol