Menu

General rayonlardakı aksiyalardan və islahatlardan danışdı

19.01.2016, 16:41
General rayonlardakı aksiyalardan və islahatlardan danışdı

“Deyirlər ki, biz bankdan pul götürmüşük, onlar silinsin"

"Rayonlarda aksiya keçirənlər əslində çalışmaq istəməyən adamlardır. Bunun devalvasiya ilə əlaqəsi yoxdur. Bəzi hallarda deyirlər ki, biz bankdan pul götürmüşük, onlar silinsin". Bu sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi bu gün Şəhidlər Xiyabanını ziyarəti zamanı Musavat.com-un reportyoruna deyib.

DTX rəsi deyib: “Unun qiymətinin 2 manat aşağı salınması məsələsi var idi. Guya çörəyin qiyməti kimlərisə narahat edirdi. Biz bu məsələlərlə bağlı prezidentə məruzə elədik. Gördünüz ki, cənab prezident analoqu olmayan addımlar atdı və bu gün də bu addımları atmaqda davam edir. Çörəyin qiyməti bu gün dünyada olmayan bir ucuzluqdadır. Benzinin qiyməti vətəndaşların cibinə uyğundur. Standart saxlanılır. Bütün neft ölkələrində, dünya ölkələrində ekenomik krizis gedir. Amma bizim dövlət başçısımız ölkəyə düzgün rəhbərlik edir. Sadəcə biz xoşbəxtik ki, bizim belə rəhbərimiz var.

Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılanda qarşımıza tələb qoyuldu ki, hər iki qurum müasir tələblərə cavab verməlidir. Bizə bir ay vaxt verilmişdi. Bu müddət ərzində gördüyümüz işlərlə bağlı dövlət başçısına məlumat verdik. İndi öz səlahiyyətlərimiz çərçivəsində fəaliyyətimizi davam etdiririk.

Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.

“Əməkdaşların sayını 30 faiz azaltmışıq. Planımız odur ki, əməkdaşlarımızın fəaliyyəti daha operativ və çevik olsun. İki qurum arasında işgüzar münasibətlər var. Məlumat mübadiləsi aparırıq. Həmin qurumda da kadrlarla bağlı islahatlar aparılır”, - DTX rəisi bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol