Menu

AXCP gənclərinin liderinə 20 sutka həbs kəsildi

28.02.2014, 14:20
AXCP gənclərinin liderinə 20 sutka həbs kəsildi

Fevralın 28-də Xəzər Rayon Məhkəməsində AXCP Gənclər Komitəsinin sədri İlham Hüseynlinin işinə baxılıb. “Media forum” saytı xəbər verir ki, İlham Hüseynliyə 20 sutka inzibatı həbs cəzası kəsilib. İlham Hüseynli xırda xuliqanlıq və polisə müqavimətdə təqsirli bilinib.

Cəbhəçini fevralın 27-də Xətai Rayon Polis İdarəsinin 2-ci bölməsinin əməkdaşları tutub.

Fevralın 27-də Bakıda AXCP-nin bir neçə fəalı saxlanıb. Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənliyə 20 sutka, AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli 15 sutka həbs verilib. “Azadlıq” qəzetinin yazdığına görə, həbs olunan partiya üzvləri fevralın 26-da Xocalı abidəsini ziyarətdən qayıdan AXCP sədri Əli Kərimliyə polisin hücumu zamanı onun müdafiəsində aktivlik etmiş şəxslərdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol