Menu

9400 Türkiyə vətəndaşı Rusiyanı tərk edib

19.01.2016, 18:30
9400 Türkiyə vətəndaşı Rusiyanı tərk edib

Rusiya Federal Miqrasiya Xidmətinin məlumatına əsasən, 12 yanvar 2016-cı il tarixinə Rusiyada Türkiyə vətəndaşı olan 77 min 375 Türkiyə vətəndaşı (69 min 309 kişi və 8 min 66 qadın) yaşayır.

Virtualaz.org saytı xəbər verir ki, ötən ilin noyabr ayına qədərki analoji göstərici ilə müqayisədə 9 min 400 Türkiyə vətəndaşının Rusiyanı tərk etdiyi məlum olur.

Türkiyə vətəndaşlarının kütləvi şəkildə Rusiyanı tərk etməsinin səbəbi kimi iki ölkə arasında yaşanan təyyarə böhranından sonra bərqərar olmuş vəziyyət göstərilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol