Menu

İsveçrədə Kerry ilə Lavrov arasında görüş olub

20.01.2016, 21:18
İsveçrədə Kerry ilə Lavrov arasında görüş olub

İsveçrənin Sürix şəhərində ABŞ dövlət katibi Con Kerri ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib.

Onun sözlərinə görə, görüşdə Ukrayna və Suriyadakı vəziyyət, Şimali Koreyanın nüvə silahını sınaqdan keçirməsi, həmçinin digər beynəlxalq və ikitərəfli məsələlər diqqət mərkəzində olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol