Menu

"Rusiyadakı böhran bütün postsovet məkanına təsir edib" - BMT

21.01.2016, 10:10
"Rusiyadakı böhran bütün postsovet məkanına təsir edib" - BMT

MDB ölkələrində iqtisadi fəallıq 2015-ci ildə kəskin zəifləyib. Rusiyada istehsalın zəifləməsi bütün postsovet məkanına mənfi təsir göstərib.

APA-nın xəbərinə görə, bu barədə BMT-nin “Dünyanın iqtisadi vəziyyəti və perspektivlər, 2016 ” adlı yeni hesabatında deyilir.

Hesabatda bildirilir ki, bu vəziyyətin yaranmasına ticarət şərtlərinin pisləşməsi, xarici maliyyənin az əlçatanlığı, yüksək səviyyədə qeyri-müəyyənlik kimi faktorlar təsir edib.

“MDB ölkələri və Gürcüstanın birlikdə ÜDM-ı 2015-ci ildə təqribən 3% azalıb. Yaxın illərdə inkişafın bərpa ediləcəyi, lakin o qədər yüksək olmayacağı gözlənilir. Ehtimal edilir ki, ÜDM 2016-cı ildə təxminən 0,7% , 2017-ci ildə isə 1,8% artacaq”, - deyə hesabatda qeyd olunur.

Hesabat müəllifləri düşünür ki, 2016-cı ildə Rusiya Federasiyasının iqtisadiyyatını durğunluq gözləyir, 2017-ci ildə isə 1,2 %-lik artım müşahidə olunacaq.

Ekspertlərin fikrincə, nisbətən mülayim vəziyyət Qafqaz, Mərkəzi Asiya regionunda müşahidə olunur.

Belə ki, Azərbaycan, Türkmənistan və Özbəkistanda dövlət investisiya proqramları sayəsində 2015-ci ildə iqtisadi artım müşahidə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol