Menu

Maskalılar ər-arvadın əl-qolunu bağlayaraq evi qarət etdilər

21.01.2016, 12:52
Maskalılar ər-arvadın əl-qolunu bağlayaraq evi qarət etdilər

Hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 74 yaşlı Zamin Musayevin yaşadığı evə girən 3 maskalı şəxs onun və həyat yoldaşı, 68 yaşlı Nəcibə Musayevanın əl-qolunu və ağızlarını yapışqan lentlə bağlayaraq mənzildən 650 manat, 300 dollar və 5000 manat dəyərində zinət əşyalarını da götürərək qaçıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən əməliyyat tədbirləri davam etdirilir. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol