Menu

Nazirlik Ermənistan ordusunda ölən 83 nəfərin adını açıqladı - SİYAHI

21.01.2016, 14:26

azpolitika.info Sarkisian-Army-Post ermeni esger sarkisyan serj cebheMüdafiə Nazirliyi keçən il ölən erməni hərbçiləri ilə bağlı məlumat yayıb.

Ermənistanın Müdafiə nazirliyinin rəsmi nümayəndəsinin 2015-ci il ərzində silahlı qüvvələrinin ümumilikdə guya 57 nəfər itki vermələri ilə bağlı yaydığı xəbər qeyri-ciddi və saxtadır. Belə ki, bu rəqəmlər erməni tərəfinin il ərzində verdiyi rəsmi xəbərlərlə tamamilə üst-üstə düşmür.

Yalnız erməni mətbuatından götürülən məlumatlara əsasən düşmən tərəfi 2015-ci ildə ölü olaraq 83 nəfər, yaralı olaraq isə 100 nəfərdən artıq itki verib.

Erməni mətbuatının ordularındakı ölüm halları barədə yaydıqları məlumatların statistikası

 

03.01.2015 Zabit Karen Qriqoryan

Əsgər Vardan Mkrtçyan

05.01.2015 Soyadı göstərilməyən 2 hərbi qulluqçu
05.01.2015 Каren Mirzəyan
17.01.2015 Hərbi qulluqçu Arman Arutyunyan
17.01.2015 Маyor Artur Vardevanyan
20.01.2015 Hərbi qulluqçu Suren Pilosyan
21.01.2015 Hərbi qulluqçu Naapet Asatryan
21.01.2015 Kiçik çavuş Arman Udumyan
23.01.2015 Leytenant Karen Qalustyan

Əsgər Artak Sarkisyan

26.01.2015 Baş leytenant Samvel Zurabyan

Karen Muradyan

Zatik Tutxalyan

29.01.2015 Aykaz Barseqyan
05.02.2015 Hərbi qulluqçu Şekspir Akopyan
11.02.2015 Baş leytenant Tiqran Simonyan
14.02.2015 Kiçik çavuş Arman Osipyan
27.02.2015 Albert Safaryan
28.02.2015 Artak Aqekyan

Ayk Baroyan

03.03.2015 Arsen Karapetyan
06.03.2015 Samvel Mirzəyan
19.03.2015 Akop Xaçaturyan

Eduard Ayrapetyan

Arşak Arutyunyan

Samvel Akopyan

21.03.2015 Çavuş Ayk Marqaryan
29.03.2015 Ovsep Andreasyan
07.04.2015 Baş gizir Ayk Keşioqlyan

Əsgər Levon Mirzəyan

10.04.2015 Əsgər Artur Arakelyan
17.04.2015 Əsgər Artem Tovmasyan
08.05.2015 Əsgər Arutyun Ambaryan
29.05.2015 Xdr Saroyan
05.06.2015 Mayor Sarkis Maykl S.
07.06.2015 Sirak Gevorqyan
11.06.2015 Edqar Melkonyan
26.06.2015 Müqaviləli Arman Epremyan
30.06.2015 Leytenant Marvik Məlikyan
05.07.2015 Sasun Ziroyan

Marat Tadevosyan

22.07.2015 Qalust Verdoyan
05.08.2015 Arsen Unanyan
12.08.2015 Siravi Karen Ovanesyan
16.08.2015 İvan Babayan
19.08.2015 Müqaviləli əsgər Aşot Ovanesyan
03.09.2015 Ayk Devoyan
04.09.2015 Marat Xaçanyan

Arman Stepanyan

04.09.2015 Mayor Qriqor Saakyan

Mayor Sevak Qasparyan

Kapitan Taron Sedrakyan

Gizir Qevorq Vardanyan

06.09.2015 Hərbi qulluqçu Narek Arutyunyan
18.09.2015 Hərbi komisar Derenik Papyan
21.09.2015 Zabit Suren Davtyan
25.09.2015 Hərbi qulluqçular

Norayr Xaçaturyan

Robert Mkrtçyan

Arut Akopyan

Karen Şaqinyan

14.10.2015 Babken Saruxanyan
24.10.2015 Arutyun Akopyan
05.11.2015 Levon Tonoyan
06.11.2015 Xaçik Poqosyan
13.11.2015 Vaqa Vanoyan

Mikael Torosyan

15.11.2015 Vardan Mamikonyan

Aram Aslanyan

28.11.2015 əsgər Qevorq Xaçaturyan
30.11.2015 Bir nəfər həlak olan
04.12.2015 Erik Qriqoryan
09.12.2015 Qarik Avanesyan
11.12.2015 Leytenant Vardan Vardanyan
12.12.2015 Karen Qriqoryan
18.12.2015 Qor Oqanyan

Aqasi Qriqoryan

Ruben Aleksanyan

19.12.2015 Sidar Aloyan
20.12.2015 Kəşfiyyat zabiti Taron Karapetyan
21.12.2015 Əsgər Stepan Qalustyan
25.12.2015 Karen Akulyan

Dağlıq Qarabağdan orduya çağırılanlar, məcburi surətdə silahlandırılıb səngərlərə yerləşdirilən mülki əhali və qaynar nöqtələrdən gətirilən muzdlular arasındakı itkilər də statistik məlumatlar hazırlanarkən nəzərə alınmalıdır.

Erməni ictimaiyyətindən gizlədilən, müxtəlif mənbələrdən, o cümlədən elə düşmənin daxilindən əldə edilən məlumatlardakı rəqəmləri də hesablasaq erməni xalqı üçün dəhşətli bir rəqəm alınır. Hətta təqribi hesablamalara əsasən düşmən tərəfinin 2015-ci ildə verdiyi itki 276 nəfərdən çoxdur.

2016-cı ilə də düşmən tərəfi itkilərlə başlayıb. Ermənilər döyüş itkilərinin gizlədilməsi, hadisə və cinayətlərin ört-basdır edilməsi barədə çox ciddi tapşırıqlar verib və bu istiqamətdə tədbirlər göməyə çalışırlar.

Bu il yanvarın 19-da baş verən, lakin düşmən tərəfindən gizlədilən, əldə etdiyimiz yalnız bir faktı təqdim edirik. Belə ki, həmin gün saat 17.20-də Ermənistan silahlı qüvvələrinin əsgəri, 2014-cü ildə hərbi xidmətə çağırılmış, artilleriya divizionunun hərbi qulluqçusu Avetisyan Edqar Vartaninin silahla ehtiyatsız davranması nəticəsində, sağ qolunun alt nahiyəsindən yaralandığı üçün onun hospitala yerləşdirilməsi və hadisənin ört-basdır edilməsi barədə komandirlərə qəti tapşırıq verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol