Bakı şəhəri Binəqədi rayonu, Yuxarı Sulutəpə 4-cü mədən yolu ünvanında bir neçə gündür ki, qaz yoxdur. Bu barədə "AzPolitika"ya həmin küçənin sakinləri məlumat veriblər. Sakinlər bildirirlər ki, "Azəriqaz"ın 104 "Qaynar xətti"nə dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.
"Səbəbkar Binəqədi rayon Qaz İdarəsinin Rafiq adlı baş mühəndisidir. Bəlkə siz onun ürəyini yumşaldasınız. Evdə körpə uşağı, xəstəsi olan var. Belə olmaz axı. Bir var qaz olmasın, bir də var hansısa özbaşına məmurun qurbanı olasan. Xahiş edirik kömək edin", deyə sakinlər yazırlar.
Şikayətçilər bildirirlər ki, sakinlərin qaz idarəsinə heç bir borcu yoxdur. Ola da bilməz, çünki bütün evlərə Smart qaz sayğacları quraşdırılıb. "Hava soyuyan kimi qazı kəsirlər".
Sakinlərin şikayəti ilə bağlı Binəqədi Qaz İdarəsinin adıçəkilən baş mühəndisi ilə danışmaq istədik. Lakin o, telefonu açmadı.
Ümid edirik ki, əlaqədar şəxslər, orqanlar Sulutəpə sakinlərinin harayına səs verəcəklər.
AzPolitika


Şərhlər