Menu

Misirdə terror aktı: 10 ölü, 13 yaralı

22.01.2016, 00:50
Misirdə terror aktı: 10 ölü, 13 yaralı

Misirin paytaxtı Qahirə şəhərində törədilən terror aktı nəticəsində azı 10 nəfər həlak olub.

"Report"un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, həlak olanlardan yeddisi polis əməkdaşıdır.

Hadisə zamanı 13 nəfərin yaralandığı da qeyd olunur.

İlkin məlumata görə, polis əməkdaşları El Haram rayonunda terrorçuların gizləndiyi mənzilə daxil olarkən partlayıcı qurğu işə salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol