Menu

"Yeni binalarda sayğacların quraşdırılması MTK-ların üzərinə düşür" - "Azərsu"dan CAVAB

22.01.2016, 14:33
"Yeni binalarda sayğacların quraşdırılması MTK-ların üzərinə düşür" - "Azərsu"dan CAVAB

Dünən saytımızda Xətai rayonu İlqar Zülfüqarov 127-129 ünvanında yaşayan Kənan Əliyullayevin

Anar Cəbrayıllı bir qrup oxucunun yeni tikilmiş bəzi binalarda smart tipli su sayğaclarının quraşdırılması üçün "Azərsu" ASC-nin əhalidən 180 manat pul tələb etməsinə dair iddiaların da yalan olduğunu bəyan etdi.

O, qeyd edib ki, Azərbaycanda mənzil-tikinti kooperativlərinin (MTK) balansında olan və dövlət tərəfindən hələ təhvil alınmamış binalarda su sayğaclarının quraşdırılmasını “Azərsu” ASC həyata keçirmir. Sayğaclar binalarda MTK-ların özləri tərəfindən quraşdırılır və ödəmə məsələləri də MTK ilə sakinlər arasında qarşılıqlı razılıq əsasında həll edilir: “Təzə tikilən binalarda sayğacların quraşdırılması MTK ilə oradan mənzil alan sakinlərin öz aralarında həll olunur. Biz MTK-lara texniki şərt verəndə orada göstərilir ki, bina o zaman təhvil alınır ki, orada su anbarı tikilsin, su xətti çəkilsin və su sayğacları quraşdırılsın. Yəni həmin binalarda su sayğaclarının quraşdırılması da MTK-ların üzərinə düşür. Sayğacların pulunun MTK tərəfindən verilməsi, onun dəyərinin mənzilin kvadratmetrinin qiymətinə əlavə olunması və ya əlavə olaraq sakinlərdən yığılması məsələsini MTK ilə oradakı payçılar öz aralarında həll edirlər. Elə MTK-lar var ki, sayğacın pulunu mənzilin qiyməti ilə birgə hesablayır, eləsi də var ki, sayğacın pulunu əlavə alır. Yəni bunun bizə heç bir aidiyyəti yoxdur və buna görə heç bir məsuliyyət daşımırıq. Biz yalnız tikilən həmin bina üçün MTK-ya magistral xətdən yer ayırırıq”.

A.Cəbrayıllının sözlərinə görə, digər hallarda “Azərsu” tərəfindən əhali qrupu üçün su sayğaclarının quraşdırılması və ya onların smart tipli sayğaclarla əvəzlənməsi tam pulsuz həyata keçirilir: "Amma əgər abonentin günahı ucbatından və ya müdaxiləsi nəticəsində sayğac sıradan çıxarsa, yenisinin quraşdırılmasının dəyərini abonent özü ödəyir".

A.Cəbrayıllı saytımıza olan şikayəti də araşdırdıqlarını və həqiqətən də MTK tərəfindən binanın girişinə "Azərsu" ASC-nin guya sakinlərdən 180 manat pul tələb etməsinə dair arayışların vurulduğunu müəyyən etdiklərini bildirdi: "Biz MTK rəhbəliyindən dərhal həmin bildirişlərin götürülməsini tələb etdik. Artıq bizə həmin bildirişlərin götürüldüyü bildirilib. Görünür, MTK "Azərsu" ASC-nin adından iştifadə edərək sakinlərdən pul yığmağa çalışıb. Sizin saytda dərc olunann şikayət bunun vaxtında qarşısını almağa kömək etdi. Buna görə həm şikayətçiyə, həm də "Azpolitika.info" saytına təşəkkür edirik".

Natiq

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol