Menu

Gəlininin başını kəsən 78 yaşlı kişiyə hökm oxundu

22.01.2016, 15:04
Gəlininin başını kəsən 78 yaşlı kişiyə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda gəlinini qətlə yetirməkdə təqsirləndirilən 1938-ci il təvəllüdlü Amanxan Nəcəfovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Namazov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2015-ci il iyulun 25-də Qusar rayon sakini Nəcəfov Amaxan Elayyədin oğlu gəlini, 38 yaşlı Məmmədova Sevinc Malik qızına ov tüfəngi ilə atəş açaraq öldürüb. Daha sonra isə onun başını kəsib. Hadisə ailə münaqişəsi zəminində baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol