Menu

ABŞ və İran arasında birbaşa hava əlaqəsi bərpa edilir - 37 ildən sonra

25.01.2016, 10:24
ABŞ və İran arasında birbaşa hava əlaqəsi bərpa edilir - 37 ildən sonra

ABŞ və İran arasında birbaşa hava əlaqəsi bərpa edilə bilər.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İranın Mülki Aviasiya İdarəsi bu barədə ABŞ nümayəndələri ilə müzakirələr aparır. Bildirilir ki, İslam inqilabına kimi Tehrandan Nyu-Yorka gündəlik reyslər həyata keçirilib.

Ötən gün İranın nəqliyyat naziri Əsgər Fakriye Kaşan İranın “Boing” şirkətindən 100-dən çox təyyarə almaqda maraqlı olduğunu açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol