Menu

Fuad Qəhrəmanlının vəsatəti təmin edilmədi

25.01.2016, 16:07
Fuad Qəhrəmanlının vəsatəti təmin edilmədi

Bu gün Nəsimi rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə verilən vəsatət üzrə məhkəmə prosesi keçirilib.

Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, məhkəmə vəsatəti təmin etməyib.

Qeyd edək ki, F. Qəhrəmanlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunaraq həbs edilib.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Fuad Qəhrəmanlı barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol