Rusiya Federal Məclis Şurasının rəhbəri Valentina Matviyenko rus qoşunlarının Krıma daxil olmasını istisna etməyib. İnterfaks agentliyinin verdiyi məlumata görə, Matviyenko deyib:
“Krım hökumətinin xahişi ilə Rusiyanın Qara Dəniz flotunun təhlükəsizliyini təmin etmək üçün oraya məhdud sayda qoşun hissələri göndərmək olar. Əlbəttə ki, bu cür qərarı yalnız ali baş komandan olan ölkə prezidenti verə bilər. Biz insanları qorumalıyıq”.


Şərhlər