Menu

Xarkovda toqquşma olub, Rusiya bayraqları qaldırılıb

01.03.2014, 18:03
Xarkovda toqquşma olub, Rusiya bayraqları qaldırılıb

Xarkovda Rusiya tərəfdarları Vilayət Şəhər Mərkəzini ələ keçirərək, onun üzərində Rusiya bağrağını asıblar.  Odessada isə minlərlə sakin Rusiya və SSRİ bayraqları altında aksiya keçiriblər.

***

Xarkovda radikal qruplaşmaların vilayət dövlət administrasiyasının binasına hücumu nəticəsində xeyli sayda yaralanan olub.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, toqquşmalar Maydan fəallarının administrasiyadan çıxmasını tələb edən kütlənin binaya daxil olmasından sonra baş verib.

Qarşıdurma zamanı onlarla Maydan tərəfdarı yaralanıb. Onları ərazidən hüquq-mühafizə orqanları əməkdaşlarının köməyi çıxarmaq mümkün olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol