Menu

"2016-cı ilin dövlət büdcəsinə düzəlişlər edilib, layihəyə son baxış keçirilir"

26.01.2016, 15:25
"2016-cı ilin dövlət büdcəsinə düzəlişlər edilib, layihəyə son baxış keçirilir"

“Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncama uyğun olaraq əmək haqlarının, sosial müavinətlərin, pensiyaların artırılması ilə bağlı əlavə xərclər üçün maliyyə təminatını yaratmalıyıq”.

“APA-Economics”in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu məqsədlə dövlət büdcəsinə yenidən baxılacaq: "Müvafiq düzəlişlər edilib, layihə artıq hazırdır, sənədə son baxış keçirilir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol