Menu

​Ziya Məmmədov Nəqliyyat Nazirliyinin qərarlarından birini ləğv edib

26.01.2016, 19:23
​Ziya Məmmədov Nəqliyyat Nazirliyinin qərarlarından birini ləğv edib

Azərbaycan Nəqliyyat Nazirliyi "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament"in təsdiq edilməsi haqqında" 2013-cü il 20 iyun tarixli qərarını ləğv edib.

"Report"un xəbərinə görə, bununla bağlı qərarı nəqliyyat naziri Ziya Məmmədov imzalayıb.

Bu qərar avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmət qaydalarını müəyyən edirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol