Bu gün axşam saatlarında Daşkəsənin Bayan kəndi ərazisində yerləşən köprüdə ağır yol qəzası baş verib.
ANS PRESS-in məlumatına görə, qəza nəticəsində 2 nəfər dünyasını dəyişib. Ölənlərin meyiti Gəncə şəhərində yerləşən morqa aparılıb.
Gəncə şəhəri 3 nömrəli təcili tibbi yardım xəstəxanasından verilən məlumata görə, dünyasını dəyişənlərdən biri Daşkəsən Mədəniyyət evinin müdürü Hacı Məmmədov, digər dünyasını dəyişən isə Daşkəsən təhsil şöbəsinin müdiri Elvin Haqverdiyevdir..
Foto APA


Şərhlər