Menu

MHP üzvü Türkməndağının bombalanması nəticəsində şəhid olub

26.01.2016, 22:55
MHP üzvü Türkməndağının bombalanması nəticəsində şəhid olub

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) Fateh rayon təşkilatı sədrinin müavini İbrahim Kiçik Suriyanın Türkməndağı bölgəsinin Rusiya qırıcıları tərəfindən bombalanması nəticəsində şəhid olub.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, İbrahim Kiçik Türkməndağına oradakı türkmənlərə dəstək vermək üçün gedibmiş.

Qeyd edək ki, ötən gün Rusiya qırıcılarının bombalaması, İran və "Hizbullah" silahlılarının qurudan basqını nəticəsində müxalifətin nəzarəti altında olan, Türkmən dağı bölgəsində yerləşən Rabia qəsəbəsi Bəşşar Əsədə bağlı silahlıların əlinə keçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol