Menu

Federal Ehtiyatlar Sisteminin bu gün iclası keçiriləcək

27.01.2016, 11:41
Federal Ehtiyatlar Sisteminin bu gün iclası keçiriləcək

Bu gün Amerika Birləşmiş Ştatlarının Federal Ehtiyatlar Sisteminin (FES) bu ildə ilk iclası keçiriləcək.

"APA-Economics" xəbər verir ki, FES-in iclasında uçot dərəcəsinə yenidən baxılacaq.

Düzdür, ekspert və analitiklərin əksəriyyəti hesab edir ki, FES uçot dərəcəsini dəyişməyəcək.

Bu arada, dünya birjalarında dolların məzənnəsi dəyişməz olaraq qalır. Birja oyunçuları FES-in iclasında sonra ediləcək açıqlamanı gözləyir.

Xatırladaq ki, ötən ilin dekabrın 16-da FES uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. Beləliklə, baza faiz dərəcəsi üzrə orta göstərici 0,375% təşkil edir. Qeyd olunur ki, son dəfə uçot dərəcəsi 2006-cı ildə qaldırılmışdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol