Menu

Cənubi Osetiyada baş vermiş hərbi cinayətlər araşdırılacaq

27.01.2016, 19:50
Cənubi Osetiyada baş vermiş hərbi cinayətlər araşdırılacaq

Beynəlxalq Cinayət Məhkəməsi 2008-ci ilin iyulun 1-dən oktyabrın 10-dək Cənubi Osetiyada baş vermiş hərbi cinayətləri araşdırmağa başlayıb.

APA-nın RBC agentliyinə istinadən verdiyi xəbərə görə, Beynəlxalq Cinayət Məhkəməsinin saytında yer alan məlumatda bildirilir ki, söhbət bəşəriyyətə qarşı cinayətlərdən, habelə hərbi cinayətlərdən gedir.

Qeyd edək ki, ötən ilin noyabrında prokuror Fatu Bensuda 2008-ci il avqust hadisələrinin araşdırılması üçün icazə istəyib. O ehtimal edir ki, gürcülər Cənubi Osetiya separatçıları (Rusiya qoşunlarının mümkün iştirakı ilə) tərəfindən qətlə yetirilib və zorla köçürülüb.

İstintaq zamanı həmçinin gürcü və rusiyalı sülhməramlıların mövqelərinə həyata keçirilən hücumlar araşdırılacaq. Gürcü sülhməramlılarının mövqelərinə hücumda Cənubi Osetiya separatçıları, rusiyalı sülhməramlılarının mövqelərinə hücumda isə gürcü hərbçiləri şübhəli bilinirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol