Menu

23 yaşlı oğlan sevgilisini bıçaqladı

29.01.2016, 11:50
23 yaşlı oğlan sevgilisini bıçaqladı

Abşeronda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Şamil Məhərli qeyri-rəsmi nikahda olduğu 1992-ci il təvəllüdlü Aysel Fətəliyevanı bıçaqlayıb. A. Fətəliyeva xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Ş. Məhərli tutulub, faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol