Menu

Gömrük Komitəsi Samir Şərifovu təkzib etdi - "Hökumət 4 mlrd. dollar kredit alır" - VİDEO

29.01.2016, 12:45
Gömrük Komitəsi Samir Şərifovu təkzib etdi - "Hökumət 4 mlrd. dollar kredit alır" - VİDEO

"Hökumət 4 mlrd. dollar kredit almaq niyyətindədir" -  Dövlət Gömrük Komitəsi

Dünən Azərbaycan hökuməti ilə Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondu və Dünya Bankının missiyaları ilə keçirilən görüşdə əlavə 4 mlrd. ABŞ dolları həcmində kreditin cəlb edilməsi ilə bağlı danışıqlar aparılıb.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev deyib.

S.Mehdiyevin sözlərinə görə, bununla yanaşı hazırda Komitənin cari il üçün büdcə öhdəliklərinin dəyişdirilməsi ilə bağlı hökumətlə danışıqlar aparılır: "Bu il üçün idxalın həcmi 9 mlrd. dollar həcmində proqnozlaşdırılır".

Xatırladaq ki, dünən maliyyə naziri Samir Şərifov Azərbaycanın BVF və DB-dən kredit cəlb etmək niyyətində olmadığını vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol