Menu

Naxçıvanın buraxdığı maşına minən ilk nazir

29.01.2016, 19:29
Naxçıvanın buraxdığı maşına minən ilk nazir

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov şəxsi istifadəsi üçün “NAZ-Lifan” markalı maşın alıb.Bunu azvision.az-a müsahibəsində Naxçıvan Avtomobil Zavodunun (NAZ) satış direktoru Əhməd Rəhimov deyib.

"Nazirliklərdən çoxlu təkliflər almışıq. Daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edirik. Nazir Səlim Müslümovun rəhbərlik etdiyi nazirliyin işçiləri “NAZ-Lifan” avtomobilləri ilə maraqlanırlar. Bundan öncə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bizdən xeyli sayda avtomobil alınıb.

Məndə olan məlumata görə, nazir Səlim Müslümov da şəxsi istifadəsi üçün “NAZ-Lifan” markalı maşın alıb", - deyə Ə.Rəhimov bildirib.

Nazirin aldığı avtomobilin qiymətini dəqiq deyə biləməyən direktor xatırladıb ki, qiymətlər modifikasiyalara uyğun olaraq dəyişir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol