Menu

Brokerlər ləğv edilməyəcək, rüsumlar isə artırılacaq - VİDEO

30.01.2016, 14:56
Brokerlər ləğv edilməyəcək, rüsumlar isə artırılacaq - VİDEO

''Brokerlər ləğv edilməyəcək''.

Belə bir açıqlama ilə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, fevralin 1-dən əsas giriş- çıxışlarda iri qabaritli yüklər yeni avadanliqlarla yoxlanilacaq. Bu da vaxt itkisinin qarşısını alacaq. Bununla yanaşı, Dövlət Gömrük Komitəsi idxal olunan bəzi malların rüsumunun artırılmasını istəyir.

Dövlət Görük Komitəsinin sədri Aydın Əliyev gündəlikdə olan bir sıra suallara aydınlıq gətirib. Onun sözlərinə görə, ''Sərhəd keçid məntəqələrində vasitəçi rolunu oynayan brokerlər ləğv edilməyəcək''.

Komitə sədri həmçinin Rusiya və Gürcüstan sərhədlərində yük qatarlarının vaxt itirmədən yoxlanılması üçün şəraitin yaradıldığını da bildirib.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev isə idxal olunan bəzi malların rüsumunun artırılmasının gündəmdə olduğnu deyib.

Bu arada komitə sədri Aydın Əliyev bildirib ki, 2015-ci ildə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 1 milyard 592 milyon manat vəsait yatırılıb ki, bu da qarşıya qoyulan hədəfdən 2 milyon artıq deməkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol