Menu

“Putin reallıq hissini itirib” - Angela Merkel

03.03.2014, 13:46
“Putin reallıq hissini itirib” - Angela Merkel

Martın 2-də axşam Almaniya federal kansleri Angela Merkel ilə Rusiya prezidenti Vladimir Putin arasında uzun sürən telefon danışığı olub.

APA-nın xəbərinə görə, ABŞ-ın nüfuzlu “The New York Times” qəzeti A.Merkelin V.Putinlə danışığı barədə ABŞ prezidenti Barak Obamanı məlumatlandırdığını yazıb. Belə ki, xanım Merkel Obamaya Putinin reallıq hissini itirdiyini deyib: “Putin reallıqla əlaqəsini itirib və başqa dünyada yaşayır”.

Qeyd edək ki, V.Putinin A.Merkellə söhbətində Ukrayna böhranının danışıqlar və ATƏT missiyasının iştirakı ilə həllinə razılıq verdiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol