Menu

"Aydın olanın təkzibi Rusiyanın səciyyəvi mövqeyidir" - Türkiyə XİN

01.02.2016, 09:18
"Aydın olanın təkzibi Rusiyanın səciyyəvi mövqeyidir" - Türkiyə XİN

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ölkəsinin hava sərhədini pozmuş Su-34 təyyarəsi ilə bağlı hadisəni şərh edib, Vatan qəzeti yazır, oxu.az xəbər verir.

“Ümid edirəm ki, Rusiya daha məsuliyyətli olacaq. O, əvvəllər də, təyyarəsi vurulanda da bizim hava məkanımızı pozduğunu təkzib edirdi, indi də belə pozuntunu təkzib edir”, - deyə, o, bildirib.

Onun sözlərinə görə, bu pozuntu “müəyyən edilmiş faktdır”.

“Biz bütün məlumatlarımızı Rusiya tərəfinə ötürürük. Aydın olanın təkzibi – Rusiyanın son vaxtlar nümayiş etdirdiyi səciyyəvi mövqeyidir”, - deyə, nazir bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol