Menu

Bu günə olan məzənnələr - Rəsmi

01.02.2016, 09:44
Bu günə olan məzənnələr - Rəsmi

Bu gün yanvarın 29-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 1-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi yanvarın 29-u ilə müqayisədə 0,0036 manat və ya 0,22% azalaraq 1,5972 səviyyəsində müəyyən olunub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0169 manat və ya 0,97% zəifləyərək 1,7326 manatadək enib.

Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,48% artaraq 0,0211 manat səviyyəsində müəyyənləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol