Menu

ANS-də növbəti maaş qalmaqalı

01.02.2016, 18:13
ANS-də növbəti maaş qalmaqalı

ANS televiziyasının baş redaktoru Samirə Səfərəliyeva və tanınmış teleaparıcı Elgiz Əkbərin əsl işdən çıxma səbəbləri bəlli olub. Televiziyadakı mənbələrdən qaziler.az saytına verilən məlumata görə, S.Səfərəliyeva heç də öz ərizəsi ilə könüllü işdən ayrılmayıb, E.Əkbər isə övladı olduğu üçün fəaliyyətinə fasilə verməyib. Əsas səbəb bir neçə aydır ANS-də maaşların verilməməsi ilə bağlıdır.

Belə ki, maaşların verilməməsi və çox gecikdirilməsi şirkət əməkdaşları arasında geniş narazılığa səbəb olub. Şirkət rəhbərliyinin keçirdiyi iclasda bu problem qabardılıb və problemin aradan qaldırılması tələb olunub. Bundan hiddətlənən şirkət rəhbərliyi öz əməkdaşlarını, əsas da E.Əkbəri rüşvət almaqda suçlayıb, əllərində fakt olduğunu bildirib və belə davam edərlərsə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edəcəklərini bildirib. Bu reaksiyadan sonra bəzi əməkdaşlar "sakitləşib", S.Səfərəliyeva ilə E.Əkbəri isə işlərindən ayrılmağa məcbur ediblər.

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov şirkət barədə mətbuatda yazılanlara münasibət bildirib. Məmmədov Ölkə.az-a açıqlamasında yazılanları təkzib edib: "Məndə belə məlumat yoxdur. Yalandan niyə deyim ki?"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol