Menu

AMİP rəhbərliyi İstanbula yola düşüb

01.02.2016, 18:37
AMİP rəhbərliyi İstanbula yola düşüb

Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının rəhbərliyi 3-4 fevral 2016-cı tarixlərində İstanbulda keçiriləcək və AMİP-n də təşkilatçısı olduğu “Şərq Tərəfdaşığında gələcək islahatlar” mövzusunda Beynəlxalq Dəyirmi Masada iştirak etmək üçün İstanbula yola düşüb.

Partiyanın mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, tədbirdə Azərbaycan Milli İstiqlal Partiyası ilə yanaşı, Gürcüstanın Millik Birlik Hərəkatı, İsveçin Moderat partiyası, Moderat partiyasının Jarl Jarlmarson fondu, Avropa Sabitlik Təşəbbüsü təşkilatının təmsilçiləri, eyni zamanda bir sıra avropalı siyasətçilər, Avropa Parlamentinin üzvləri, Beynəlxalq böhran qrupunun nümayəndələri, ekspertlər, beynəlxalq media qruplarının nümayəndələri iştirak edəcəklər.

Dəyirmi Masada “Avropa İttifaqının Cənubi Qafqazda önəmi”, “Qaçqın böhranı, miqrasiya və sərhəd nəzarəti problemləri”, “Viza liberallaşdırılması və islahatlar”, “Türkiyənin reqion üçün önəmi” mövzularında panellər keçiriləcəkdir.

Azərbaycan Milli İstiqlal Partiyasını Dəyirmi Masada baş katib, AMİP-in sədr əvəzi Arzuxan Əlizadə, AMİP beynəlxalq əlaqələr katibi Elşən Mustafayev, AMİP Siyasi Şurasının üzvü Zəfər Vəliyev, AMİP gənclər təşkilatının sədr müavini Asya Cəlilova təmsil edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol