Tacikistan hökumətinin prezident Emomali Rahmon tərəfindən imzalanan qərarına əsasən, ölkədə qalmış son rus mənşəli ada malik şəhərin — Çkalovskun adı dəyişdirilərək Buston olub.
Virtualaz.org saytı Tacikistanın «Xovar» dövlət agentliyinə istinadəın xəbər verir ki, Soqdi (keçmiş Leninabad) vilayətinin iri sənaye və mədəni mərkəzi sayılan Çkalovsk ölkə ərazisində qalan rus mənşəli ada malik son yaşayış məntəqəsi idi.
Bundan başqa, Kayrakkum su anbarının adı dəyişdirilərək Bahri Tocik (Tacik dənizi) olub.


Şərhlər