Menu

Nigeriya 3.5 milyard dollarlıq təcili kredit tələb edib

02.02.2016, 09:41
Nigeriya 3.5 milyard dollarlıq təcili kredit tələb edib

Neft ilə zəngin ölkə olan Nigeriyanın getdikcə artan büdcə kəsiri səbəbindən təcili kredit tələb edib.

Ölkənin tələb etdiyi kredit, neft qiymətlərinin düşməsinin ölkə iqtisadiyyatında yaratdığı çətiblikləri göstərir.

Nigeriya Prezidenti Muhammadu Buxarinin rəhbərlik etdiyi hökumət, 15 milyard dollara çatan büdcə kəsirinin maliyyələşdirilməsi üçün kredit tələb edib.

Qərbi Afrika ölkəsi Nigeriya, yavaşlayan iqtisadiyyatı dəstəkləmək məqsədilə dövlət xərclərini artırdığı üçün büdcə kəsiri problemi də dərinləşmişdir. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol