Menu

Salyanda satış yarmarkası keçirilib (FOTO)

02.02.2016, 17:28
Salyanda satış yarmarkası keçirilib (FOTO)

Əhalinin ərzaq məhsulları ilə təminatının gücləndirilməsi və süni qiymət artımlarının qarşısının alınması məqsədilə Salyan rayonunda satış yarmarkası keçirilib.

Yarmarkada kənd təsərrüfatı məhsulları ilə yanaşı ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən emal və istehsal müəssisələrinin məhsulları da satışa çıxarılıb. Yarmarkada 400 kq ət və ət məhsulları, 200 kq balıq, 350 kq quş əti, 500 kq tərəvəz məhsulları, 250 kq süd və süd məhsulları, 950 kq un və un məhsulları satışa çıxarılıb.

Ümumilikdə yarmarkaya 10 tondan çox məhsul çıxarılıb. Satılan məhsulların satış qiyməti bazarlarda satılan məhsulların satış qiymətindən 25-30% aşağı olub.

Yarmarkanın hər həftə keçirilməsi nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol