Menu

Azərbaycanda tanınmış iş adamı vəfat edib - FOTO

03.02.2016, 00:49
Azərbaycanda tanınmış iş adamı vəfat edib - FOTO

Azərbaycanda fəaliyyət göstərən tanınmış iş adamlarında biri - "Azərbaycan Coca-Cola Bottlers LTD” MMC-nin Baş Direktoru Cem Becel bir az bundan əvvəl vəfat edib. Fins.az-ın məlumatına görə, bu barədə C.Becelin üzv olduğu Azərbaycan Türk İş adamları Birliyindən məlumat verilib.

Təşkilatın məlumatında deyilir: "ATIB Idarə Heyəti Sədrinin müavini, "Azərbaycan Coca-Cola Bottlers LTD” MMC-nin Baş Direktoru Cem Becel biraz öncə rəhmətə getdi. O, daim ATİB-in inkişafı üçün əlindən gələni əsirgəməmiş, ATİB üzvlüyünə gəldiyi ilk gündən ATİB-in perspektivi üçün öz səylərini göstərmişdir. Cem bey öz səmimiyyəti, gülərüzlülüyü ilə qəlbimizdə daim yaşayacaq. Allah rəhmət eləsin. Başımız sağ olsun!"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol