***
Bu gün səhər saat 9.00-da Nərimanov Rayonn İcra Hakimiyyətinin başçısının müavini Şahmar İbadov AXCP-nin qərargahına gələrək binanı boşaltmağı tələb edib. AXCP Ali Məclisinin sədri Həsən Kərimovla görüşən Ş.İbadov binanın qəza vəziyyətində olduğunu söyləyib. H.Kərimov isə binanın sahibi olduğunu söyləyərək onunla təhvil-təslim həyata keçirilməli olduğunu söyləyib. Əvvəlcə AXCP-yə binanı bu gün saat 4-ə qədər boşaltmağa icazə verilsə də, sonradan bu qərar dəyişdirilib. Daha sonra əraziyə gələn Nərimanov rayon polis idarəsinin əməkdaşları qərargahı dərhal boşaldıllmasın istəyib.
Hazırda qərargah FHN-nin əməkdaşları tərəfindən möhürlənərək ətrafı sarı lentə alınıb. FHN-in əməkdaşları binanın söküləcəyini deyib. (Azadlıq.info)
***
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları AXCP-nin yerləşdiyi binanı boşaldırlar. Bu barədə AXCP mətbuat xidmətinin rəhbəri Natiq Adilov bildirib.
Onun dediyinə görə bu səhər mülki geyimli şəxslər qərargaha gələrək, birazdan burda FHN əməkdaşlarının olacağını deyib və binanı boşaltmağın vacibliyini bildiriblər.
Xatırladaq ki, dünən AXCP-nin yerləşdiyi binanın zirzəmisində müəmmalı partlayış baş verib.







V.Nəsibov

Şərhlər