Menu

Prezident yanında Apellyasiya Şurasının tərkibi təsdiqləndi - SİYAHI

03.02.2016, 15:30
Prezident yanında Apellyasiya Şurasının tərkibi təsdiqləndi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının Tərkibini təsdiqlənməsi barədə fərman imzalayıb. Sənədə əsasən, Prezident yanında Apellyasiya Şurasının Tərkibi aşağıdakı kimidir:

Şuranın sədri

Eldar Nuriyev — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri.

Şuranın üzvləri:

Feyruz Mustafayev — Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin aparıcı məsləhətçisi

Vüsal İsayev — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri

Bəhram Məmmədli — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin baş məsləhətçisi

Nəsimi Məmmədov — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun böyük məsləhətçisi

Elturan Babayev — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin baş məsləhətçisi

Niyaz Əliyev — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi

Süleyman Qəmbərov — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri

Anar Əliyev — Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol