Menu

Ermənilərin təxribat qrupunun 3 üzvü məhv edildi

04.02.2016, 10:37

Combat shadowsErmənilər Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Nazirlikdən bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol