Menu

BMT TŞ Suriyaya dair məsləhətləşmələri fevralın 5-də keçirəcək

05.02.2016, 00:56
BMT TŞ Suriyaya dair məsləhətləşmələri fevralın 5-də keçirəcək

BMT Təhlükəsizlik Şurası fevralın 5-də Suriyaya dair məsləhətləşmələri keçirəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Venesuelanın BMT-dəki daimi nümayəndəliyindən bildirilib.

Məlumata görə, görüş məsləhətləşmə formatında keçiriləcək. Qeyd edək ki, Venesuela fevralda BMT TŞ-ə sədrlik edir.

Qeyd edək ki, BMT-nin xüsusi elçisi Staffan de Mistura yanvarın 29-da start götürmüş Suriya danışıqlarının müvəqqəti dayandırıldığını bildirib. Danışıqların yeni raundu fevralın 25-nə planlaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol