Menu

İş adamının intihara cəhdinin qarşısı alındı - YENİLƏNİB

05.02.2016, 12:10

trend_intihar_050216_02İş adamı probleminin NN ilə bağlı olduğunu deyib.

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 40-45 yaşlarında kişi Nəqliyyat Nazirliyinin (NN) yaxınlığındakı körpünün üstünə çıxaraq, özünü yandıracağını bildirib. Hadisə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İntihar etmək istəyən şəxslə söhbət aparılıb və o, intihar etmək fikrindən daşınaraq, aşağı enməyə razı olub. APA-nın əldə etdiyi məlumata görə, intihara cəhd edən şəxs Dönməz Məmmədov adlı sahibkardır. Bildirilir ki, iş adamı probleminin NN ilə bağlı olduğunu deyib. Hazırda nazirliyin məsul şəxsləri onunla görüşürlər.

* * *

Bu saatlarda Bakının Yasamal rayonu Moskva prospektində bir nəfər naməlum şəxs intihara cəhd edir. Trend-in məlumatına görə, həmin şəxs prospektdəki körpüdə özünü partladacağını bəyan edir.

trend_intihar_050216_02

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol