Rusiya prezidenti Vladimir Putin bu saatlarda mətbuat konfransı keçirərək yerli və əcnəbi jurnalistlərin suallarına cavab verir.APA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, hələlik Krıma qoşun yeritməyə ehtiyac yoxdur. Lakin belə bir imkan var.
Putin qeyd edib ki, ordudan ən son məqamda istifadə oluna bilər. “Ancaq Ukraynanın qanuni prezidentinin hərbi yardımla bağlı bizə müraciəti var. İndi biz Ukraynada neonasistlərin, millətçilərin əməllərini görürük. Lakin qoşun yeridilməsi ən son addımdır”.
Rusiya prezidenti həmçinin bildirib ki, Kiyev Maydanında etirazçılara təxribatçı qüvvələr atəş açıb. “Berkut” xüsusi təyinatlılara qarşı da atəş açıldığını deyən Putin qeyd edib ki, Yanukoviçin Kiyevdən güc strukturlarının çıxarması böyük səhv olub.
“O mənə zəng edərək bu barədə məlumat verdi. Mən isə ona dedim ki, güc strukturlarını Kiyevdən çıxarmaq olmaz, çünki xaos yaranacaq. Lakin o mənə qulaq asmadı”, - deyə o vurğulayıb.

Putin Yanukoviçin Ukraynada öldürülmə ehtimalından danışıb: M“Rəylər var ki, onlar müxalifət partiyalarının birindən olan təxribatçılar idi. Yanukoviç mənə dedi ki, o belə əmr verməyib. O, mənə telefonla zəng edəndə dedim ki, bunu etmə. Lakin o, yenə də bunu etdi... Onun siyasi gələcəyi yoxdur. Onun taleyi ilə bağlı məsələdə biz tamamilə humanitar yöndən iştirak edirik. Düşünürəm ki, onu orada öldürərdilər”.
Rusiyaya qarşı tətbiq ediləcək sanksiyala gəlincə Putin bildirib ki, bu sanksiyalrın nəticəsini onu tətbiq edənlər düşünsünlər: “Sanksiyaların qarşılıqlı ziyanı olacaq, bu haqda düşünmək lazımdır. Bizim partnyorlar hakimiyyətin silah yolu ələ keçirilməsini dəstəklədilər, həmin insanları legitim hesab etdilər”.

Şərhlər