Menu

Ermənilərin hərbi texnikası və canlı qüvvəsi məhv edilib - VİDEO

06.02.2016, 10:07
Ermənilərin hərbi texnikası və canlı qüvvəsi məhv edilib - VİDEO

Qoşunların təmas xəttində ermənilərin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır

Əvvəlcədən müəyyən edilmiş koordinatlara əsasən, düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin texnikası və şəxsi heyəti sıradan çıxarılıb. Ehtimala görə, ən azı düşmən tərəfdən 2 hərbi texnika və canlı qüvvə məhv edilib. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Həmçinin, nazirlik müvafiq görüntüləri də yayımlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol