Menu

"Hər qəpiyimizə diqqətlə yanaşmalıyıq" - Samir Şərifov

06.02.2016, 15:29
"Hər qəpiyimizə diqqətlə yanaşmalıyıq" - Samir Şərifov

"Biz israfçılığa və izafi xərclərə, o cümlədən lüzumsuz xərclərə imkan verməməliyik".

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov bildirib.

"Maliyyə Nazirliyi tərəfindən bəzi qurumlara maliyyə nəzarətinin gücləndirilməsi o zərurətdən irəli gəlir ki, məlum səbəblərə görə, indiki şəraitdə bizim gəlirlərimiz azalıb və hər bir qəpiyimizə böyük diqqətlə yanaşmalıyıq. Dövlət büdcəsinin vəsaitlərinin qanunsuz yolla mənimsənilməsi halları ilə amansız mübarizə aparmalıyıq", - deyə nazir qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol