Menu

Banklar müsadirə etdiyi avtomobilləri ucuz qiymətə satışa çıxardı

07.02.2016, 14:58
Banklar müsadirə etdiyi avtomobilləri ucuz qiymətə satışa çıxardı

Azərbaycanda banklar avtomobil kreditini ödəyə bilməyən müştərilərinin maşını satışa çıxarıb.

BAKU.WS-in məlumatına görə, Facebook-da yaradılan "Bank-avtomobilləri" adlı səhifə vasitəsi ilə banklar müştərilərin əlindən aldığı girovu ucuz qiymətə satmağa çalışır.

Satışa çıxarılan avtomobillər arasında "Hyundai", "Chevrolet", "Jeep" və "Kia" kimi avtomobil modelləri var.

Azərbaycanda manatın dollar qarşısında kəskin ucuzlaşmasından sonra avtomobilini dollar krediti ilə alan müştərilər kütləvi şəkildə öz dörd təkərli dostundan imtina edirdi. Hətta biz bu barədə bir neçə həftə əvvəl "Əhali kütləvi şəkildə kreditdə olan avtomobilini banka geri qaytarır" adlı yazımızda da qeyd etmişdik.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol