Menu

Türkiyədə 6 İŞİD-çi saxlanılıb

07.02.2016, 17:42
Türkiyədə 6 İŞİD-çi saxlanılıb

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı İŞİD terror qruplaşması mənsublarının zərərsizləşdirilməsi ilə bağlı məlumat yayıb.Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gaziantepdə Suriyadan Türkiyəyə qeyri-qanuni yollarla keçməyə çalışan bir qrup şəxs saxlanılıb.

Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytında verilən açıqlamaya görə, Gaziantepdə saxlanılan 6 nəfər xarici ölkə vətəndaşıdır.

Fevralın 6-da Türkiyəyə keçmək istəyərkən saxlanılan həmin şəxslərin İŞİD terror qruplaşmasının üzvləri olduğu da verilən məlumatlar arasındadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol