Menu

​AMB banklara 12 mln. dollar satıb

08.02.2016, 12:12
​AMB banklara 12 mln. dollar satıb

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) növbəti valyuta hərracı keçirilib. AMB tərəfindən hərraca 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, hərracda iştirak edən 6 bank tərəfindən məcmu tələb 11,9 mln. dollar (təklifin 5,95%-i) təşkil etdiyindən, sifarişlər 100% təmin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol