“Sovetski” sakinlərinin mətbuat vasitəsi ilə yeni kütləvi aksiyanın anonsunu verməsi gərginliyə səbəb olub. “Yeni Müsavat”ın məlumatına görə, evləri və obyektləri ilə bağlı ədalətli kompensasiya tələb edən sakinlər polis bölməsinə çağırılır.

Eyni zamanda martın 3-də keçirilən aksiyada polis tərəfindən saxlanılan “Sovetski” sakinlərinin adları məlum olub. İcazəsiz aksiya keçirən “Sovetski” sakinləri məhkəməyə çıxarılıb və onlara 15-30 sutka arası hökmlər oxunub. Sutkalıq həb olunanlar bunlardır:

 

Əliyev Elxan - 30 sutka

Hikmət Zeynalov - 30 sutka

Ataşov Rəşad - 15 sutka

Mirislam - 15 sutka

Ülvi - 15 sutka

“Sovetski” sakinlərinin sözlərinə görə, həbs olunanları taleyindən narahatdırlar. Cəmilə Məmmədova adlı “Sovetski” sakininin sözlərinə görə, həbs olunanlardan Hikmət Zeynalovun vəziyyəti ağırdır: “Şəkərli diabet xəstəsidir. Kürdəxanıdakı təcridxanaya aparıblar. Dərmanları aparmışdıq, qoymadılar veməyə. Ona müdaxilə olmasa ölə bilər”.