Menu

Moskvada azərbaycanlılara məxsus restoranda dava: iki nəfər bıçaqlanıb

13.02.2016, 11:39
Moskvada azərbaycanlılara məxsus restoranda dava: iki nəfər bıçaqlanıb

Moskvanın cənubunda yerləşən, azərbaycanlılara məxsus “Qız qalası” restoranında dava baş verib, nəticədə 2 nəfər yaralanıb. APA-nın “Rosbalt”a istinadən verdiyi məlumata görə, həmin şəxslər Təcili Tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıblar. Restoran əməkdaşlarının verdiyi məlumata görə, bir neçə müştəri qəfildən mübahisə etməyə başlayıb və daha sonra mübahisə davaya çevrilib. Münaqişə tərəflərindən biri soyuq silaha əl atıb.

İlkin məlumata əsasən cinayətkarlar boz “Toyota” ilə hadisə yerindən qaçıblar. Onların saxlanılması istiqamətində iş aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol