Menu

"Türkiyə Suriyada hərbi yerüstü əməliyyatlarda iştirak edə bilər" - XİN

13.02.2016, 14:20
"Türkiyə Suriyada hərbi yerüstü əməliyyatlarda iştirak edə bilər" - XİN

Səudiyyə Ərəbistanı Suriyada hərbi yerüstü əməliyyatlara başlayacağı təqdirdə, Türkiyə də bu əməliyyatlarda iştirak imkanını istisna etmir. Trend-in "Yeni Şafak" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, artıq Səudiyyə Ərəbistanı Türkiyədə "İncirlik" aviabazasına öz təyyarələrini göndərir: "Bundan başqa, Türkiyəyə bu ölkənin hərbi qulluqçularının da göndəriləcəyi gözlənilir".

Qeyd edək ki, bundan əvvəl "Sabah" qəzeti hərbi mənbələrə istinadən Türkiyənin Suriyada hərbi əməliyyat keçirməyi planlaşdırmadığını yazmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol