Menu

Şimali Koreya diktatoru 33 missioneri edam etdirib

06.03.2014, 10:17
Şimali Koreya diktatoru 33 missioneri edam etdirib

Əzazilliyi ilə tanınan Şimali Koreya Respublikasının lideri Kim Çen In daha belə bir addım atıb.

ANS PRESS-in xəbərinə görə, Şimali Koreyada dini təbliğat apardığı iddia olunan 33 misyoner edam edilib. Edam əmrini verən ölkə lideri Kim Çen In onları xristianlıq dinini yaymaqda günahlandırıb.

Dini təbliğat aparan həmin misionerlərin bu yolla Kim Çen In hakimiyyətini devirməyə təşəbbüs göstərdikləri, Cənubi Koreyadakı misyonerlərlə əməkdaşlıq etdikləri və 500-ə yaxın yeraltı kilsənin inşası üçün gizlin şəkildə pul yığdıqları ortaya çıxıb.

Politoloqlar edam edilən Şimali koreyalıların Kim Çen Inın tək qalmaq siyasətinin qurbanı olduğunu irəli sürüblər.

Xatırladaq ki, bir müddət əvvəl Şimali Koreya lideri Kim Çen In korrupsiya ittihamı ilə edama məhkum etdiyi əmisi Çang Son Txeki itlərə yedirmiş və edam əmrləri verərkən onun içkili olduğu bildirilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol